Bütün xəbərlər
“Liverpul”un əfsanəsi koronavirusa yoluxdu
Tarix: 11-04-2020 01:34 | Bölmə: Karusel

               “Liverpul”un əfsanəsi koronavirusa yoluxdu

Əfsanəvi şotlandiyalı futbolçu və məşqçi Kenni Dalqliş koronavirusa yoluxub. “Qafqazinfo” “REN TV”yə istinadən bildirir ki, bu barədə İngiltərənin “Liverpul” futbol komandasının mətbuat xidməti məlumat yayıb.
69 yaşlı Dalqliş çərşənbə günü xəstəxanaya yerləşdirilib.
Klubdan bildirilib ki, Britaniya futbolunun əfsanəsində COVID-19 simptomları olmayıb, lakin onu testdən keçiriblər.
“Gözlənilməzdir, amma testin nəticəsi müsbət oldu, xəstəlik simptomlarsız keçir”, - məlumatda qeyd edilir.



Baxış sayı: 374


Bölməyə aid digər xəbərlər