Bütün xəbərlər
Daxili işlər orqanlarında kadr dəyişikliyi - Yeni təyinat
Tarix: 10-04-2020 12:56 | Bölmə: Karusel

             Daxili işlər orqanlarında kadr dəyişikliyi - Yeni təyinat


Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.
Azvision.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəis müavini Yelmar Mehdiyev vəzifəsindən azad edilib.
O, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Nazirin digər sərəncamı ilə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəis müavini vəzifəsinə Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin rəis müavini Mehman Qurbanov təyinat alıb.



Baxış sayı: 376


Bölməyə aid digər xəbərlər