Bütün xəbərlər
Koronavirusa yoluxan icra başçısının müavinin vəziyyəti necədir? (AÇIQLAMA)
Tarix: 10-04-2020 12:49 | Bölmə: Karusel
Koronavirusa yoluxan icra başçısının müavinin vəziyyəti necədir? (AÇIQLAMA)


Koronavirusa yoluxan Cəlilabadın icra başçısının müavini Alıcı Dilavərov hələ xəstəxanadadır və müalicəsi davam edir.
Qaynarinfo xəbər verir ki, bunu Azvision.az açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, A.Dilavərov özünü yaxşı hiss etdiyini deyib: "Alıcı Dilavərovla telefon danışıqlarımız olur. O, özünü yaxşı hiss etdiyini və heç bir şikayəti olmadığını söyləyib. Hazırda karantin rejimindədir".



Baxış sayı: 286


Bölməyə aid digər xəbərlər