Bütün xəbərlər
Türkiyədə başına 1 milyon lirə qoyulan “Hayri Mava” ləqəbli terrorçu tutulub - FOTO
Tarix: 10-04-2020 12:20 | Bölmə: Karusel

            Türkiyədə başına 1 milyon lirə qoyulan “Hayri Mava” ləqəbli  terrorçu tutulub - FOTO

Türkiyədə başına 1 milyon lirə qoyulan terrorçu tutulub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Muş vilayətində şübhəli avtomobil saxlanılıb.
Bu zaman avtomobildəkilərlə jandarma arasında silahlı atışma olub.
Əməliyyatda PKK-nın Ərzurum vilayəti üzrə rəhbəri, başına 1 milyon türk lirəsı qoyulan “Hayri Mava” ləqəbli Mahmud Okay yaralı halda ələ keçirilib.
 



Baxış sayı: 301


Bölməyə aid digər xəbərlər