Bütün xəbərlər
Sabah mərhum jurnalist Rauf Talışinski ilə vida mərasimi keçiriləcək
Tarix: 08-05-2018 18:54 | Bölmə: Karusel

                            

Bakı. Trend:
Mayın 9-u saat 14:00-da Təzəpir məscidində mərhum jurnalist, "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski ilə vida mərasimi keçiriləcək.
Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. Yas mərasimi saat 15:00-da Təzəpir məscidində keçiriləcək.
Qeyd edək ki, R.Talışinski bu gün dünyasını dəyişib.
TREND İnformasiya Agentliyi R.Talışinskinin vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, mərhumun ailə üzvlərinə və yaxınlarına səbr diləyir.
Allah rəhmət eləsin!



Baxış sayı: 461


Bölməyə aid digər xəbərlər