Bütün xəbərlər
Azərbaycanda hazırda 163 koronavirus xəstəsi var - 23-nün vəziyyəti ağırdır
Tarix: 29-03-2020 00:32 | Bölmə: Karusel

               Azərbaycanda hazırda 163 koronavirus xəstəsi var

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Qafqazinfo"ya verilən məlumatda deyilir. 
Bildirilir ki, həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.


Baxış sayı: 288


Bölməyə aid digər xəbərlər