Bütün xəbərlər
“Lider” TV-nin yayımı dayandırıldı - Video
Tarix: 11-03-2020 01:46 | Bölmə: Karusel

               “Lider” TV-nin yayımı dayandırıldı

Azərbaycanda “Lider” telekanalının yayımı dayandırılıb.
"Qafqazinfo" Axşam.az-a istinadən xəbər verir ki, bir az öncə telekanal fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil.
Saat 22:01-də “Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.
Qeyd edək ki, uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı.
Xatırladaq ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir.
                  



Baxış sayı: 414


Bölməyə aid digər xəbərlər