Bütün xəbərlər
Lənkəran sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb
Tarix: 04-05-2018 11:42 | Bölmə: Karusel


 Lənkəran sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Liman şəhəri ərazisinə yerləşən təkər təmiri sexində baş verib.
Belə ki, 1969- cü il təvəllüdlü Habil Murtuza oğlu Səfərov avtomaşının təkərinə hava vurarkən, təzyiq çox olduğundan təkər partlayıb.
Nəticədə H.Səfərov baş nahiyəsindən travmatik, kəsilmiş-deşilmiş yaralar alıb. 
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 413


Bölməyə aid digər xəbərlər