Bütün xəbərlər
Vasif Talıbovdan yeni təyinat
Tarix: 06-03-2020 17:49 | Bölmə: Karusel

                   Vasif Talıbovdan yeni təyinat

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni fərman imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, fərmana əsasən, martın 6-da Yəhya Allahverdiyev Naxçıvan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edilib.
Qeyd edək ki, Yəhya Allahverdiyev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Ali Məclis Sədrinin bu gün imzaladığı digər Fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin bazasında Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılıb.



Baxış sayı: 406


Bölməyə aid digər xəbərlər