Bütün xəbərlər
İcra başçısının iki müavini işdən çıxarıldı
Tarix: 05-03-2020 21:33 | Bölmə: Karusel

               İcra başçısının iki müavini işdən çıxarıldı

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2 müavini işdən çıxarılıb.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bununla bağlı Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu Zeynab Nüsrət qızı, həmçinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Paşayev tutduqları vəzifədən azad ediliblər.



Baxış sayı: 379


Bölməyə aid digər xəbərlər