Bütün xəbərlər
Dövlət Gömrük Komitəsinin iki yüksək vəzifəli əməkdaşı sərəncama götürülüb
Tarix: 04-05-2018 00:58 | Bölmə: Karusel

                                       

Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər.
“Report” xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Qeyd edək ki, ötən gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mətbuata verdiyi açıqlamada gömrük orqanlarında ciddi islahatların aparılacağını qeyd edib ki, verilən son əmrlər də həmin islahatların tərkib hissəsidir.



Baxış sayı: 354


Bölməyə aid digər xəbərlər