Bütün xəbərlər
ABŞ Dövlət Departamenti azərbaycanlı vəkili mükafatlandırdı
Tarix: 04-03-2020 22:24 | Bölmə: Karusel

                ABŞ Dövlət Departamenti azərbaycanlı vəkili mükafatlandırdı

Ötən ilin noyabr ayında Vəkillər Kollegiyasına üzvlükdən çıxarılan Şəhla Hümbətovaya ABŞ Dövlət Departamenti tərəfindən mükafat verilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ş.Hümbətova 2020-ci il üzrə “Cəsarətli qadın” mükafatına layiq görülən 12 şəxsdən biri seçilib.
O, bu mükafata insan hüquqları sayəsində göstərdiyi fəaliyyətə görə layiq görülüb.
Ş.Hümbətova vətəndaşın şikayəti və VK-ya üzvlük haqqını ödəmədiyi üçün vəkil kimi fəaliyyətinə son qoyulub.



Baxış sayı: 291


Bölməyə aid digər xəbərlər