Bütün xəbərlər
Xameneyinin müşaviri koronavirusdan öldü - Rəsmilər arasında ilk
Tarix: 02-03-2020 15:05 | Bölmə: Karusel

                     Xameneyinin müşaviri koronavirusdan öldü

İranda ilk dəfə yüksək vəzifəli dövlət məmuru COVİD-19 virusuna görə həyatını itirib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, İranın Ali dini lideri Ayətullah Əli Xameneyinin Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi virusa yoluxaraq vəfat edib.
Qeyd edək ki, İran koronavirus epidemiyasının ən ağır təsir göstərdiyi ölkələr siyahısındadır. Ölkədə ümumilikdə 978 yoluxma faktı aşkarlanıb, onlardan 54-ü ölümlə nəticələnib.



Baxış sayı: 308


Bölməyə aid digər xəbərlər