Bütün xəbərlər
Suriyada müxaliflər daha 3 kəndi ələ keçirdi
Tarix: 02-03-2020 14:58 | Bölmə: Karusel

                    Suriyada müxaliflər daha 3 kəndi ələ keçirdi

Müxalif qüvvələr İdlib bölgəsində 3 kəndi rejim qüvvələrindən geri alaraq strateji Cəbəl Zəviyə bölgəsini də öz nəzarətinə keçirib.
“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, strateji önəm daşıyan Cəbəl Zəviyə bölgəsi də daxil olmaqla, müxalif qüvvələr son 3 gündə 12 kəndi rejim qüvvələrindən geri alıb.
Qeyd edək ki, İdlibə baxan dağ silsilələrinin yerləşdiyi Cəbəl Zəviyə, Hələb və Latakiyanı birləşdirən M4 magistral yoluna keçid rolu daşıdığı üçün strateji baxımdan mühüm əhəmiyyətə sahibdir.



Baxış sayı: 324


Bölməyə aid digər xəbərlər