Bütün xəbərlər
"Bavariya"nın futbolçusu "Real Madrid"i təhqir edib
Tarix: 02-05-2018 09:41 | Bölmə: Karusel
Sonradan 30 yaşlı yarımmüdafiəçi bu fotonu silib

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Arturo Vidal Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündən sonra "Real Madrid"in futbolçuları təhqir edib. 
"Report"un məlumatına görə, Çilidən olan oyunçu şəxsi "Instagram"ında foto yerləşdirərək, "kral klubu"nun üzvlərini siçanlar adlandırıb. Sonradan 30 yaşlı futbolçu bu fotonu silib. 
Qeyd edək ki, Arturo Vidal "Bavariya"nın məşqində aldığı zədə üzündən mövsümün qalan hissəsini buraxmalı olacaq. "Real Madrid" səfərdə 2:1 hesabı ilə yendiyi Almaniya klubu ilə evdə heç-heçə edib - 2:2. Bu nəticə ilə İspaniya təmsilçisi finala yüksəlib. Cavab görüşündə ilk yarının uzatma dəqiqələrində türkiyəli baş hakim Cüneyt Çakır "kral klubu"nun futbolçusu Marselonun əlinə dəyən topu penalti kimi dəyərləndirməyib. Bu isə böyük müzakirələrə səbəb olub. 







Baxış sayı: 473


Bölməyə aid digər xəbərlər