Bütün xəbərlər
Türk diplomatı öldürənlərə edam cəzası verildi
Tarix: 12-02-2020 01:42 | Bölmə: Karusel

              Türk diplomatı öldürənlərə edam cəzası verildi

İraqda türkiyəli diplomat Osman Köseni  öldürənlərdən 2-si ilə bağlı edam qərarı verilib.
“Qafqazinfo”nun “HaberGlobal”a istinadən məlumatına görə, hökm Ərbil ikinci Cəza Məhkəməsi tərəfindən elan edilib. Məsələ ilə bağlı açıqlama verən vəkil Birzo Said “Hadisə ilə bağlı 6 nəfər cəzalandırılıb: 2 nəfərə edam, 1 nəfərə 1 il, qalan 3 nəfərin hər birinə 2 il həbs cəzası verilib” deyib.
Xatırladaq ki, Köse 2019-cu ildə İraqın Ərbil şəhərində restoranda silahlı hücuma məruz qalaraq öldürülüb.


Baxış sayı: 294


Bölməyə aid digər xəbərlər