Bütün xəbərlər
Gəncədə qardaşlar bir-birini bıçaqladı
Tarix: 28-01-2020 09:42 | Bölmə: Karusel

                Gəncədə qardaşlar bir-birini bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. 
“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Orada yaşayan 20 yaşlı Osmanlı Fərid Feyruz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. 
Məlumata görə, F. Osmanlı qardaşı Ceyhun tərəfindən bıçaqlanıb. Dava zamanı Fərid də Ceyhuna bıçaq xəsarətləri yetirib. Tibbi yardım göstəriləndən sonra o, evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 388


Bölməyə aid digər xəbərlər