Bütün xəbərlər
Abşeronda “İkoş” ləqəbli qadın narkotacir tutulub - FOTO
Tarix: 18-01-2020 18:28 | Bölmə: Karusel

                            

Abşeron rayonunda “İkoş” ləqəbli qadın narkotacir tutulub.  
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. 
Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub. Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 4,537 qram heroin, 9,485 qram metadon, 1 qram da metofetamin, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb. İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.
Onun məhkumluğunun olmadığı və cinayət əməlinə qardaşına görə qurşandığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.












Baxış sayı: 436


Bölməyə aid digər xəbərlər