Bütün xəbərlər
Paşinyan təmizliyə başlayır: Bu şəxslər istefaya göndərilir
Tarix: 10-01-2020 13:01 | Bölmə: Karusel

                   



Ermənistan Baş naziri Nikol Paşinyan Maliyyə naziri Atom Cancuqazyanı istefaya göndərmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu məlumatı “İrates” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet həmçinin Mərkəzi Bankın sədri Artur Cavadyanın iki ay sonra vəzifəsindən istefaya göndəriləcəyini bildirib. Onun yerinə isə Baş nazirin müavini Mqer Qriqoryanın rəhbər gətiriləcəyi vurğulanıb. Qriqoryana gəlincə isə onun yerinə ya keçmiş maliyyə naziri Vardan Aramyan, ya da baş nazirin keçmiş müavini Vaçe Qabrielyanın gətiriləcəyi vurğulanıb.



Baxış sayı: 337


Bölməyə aid digər xəbərlər