Bütün xəbərlər
İran Trampın təhdidlərinə cavab verdi
Tarix: 05-01-2020 18:16 | Bölmə: Karusel

                   İran Trampın təhdidlərinə cavab verdi

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İrandan onlara qarşı hücum olacağı təqdirdə 52 hədəfi vuracaqlarını bildirib.
“Qafqazinfo”nun “Haberler.com”a istinadən məlumatına görə, həmin bəyanata cavab olaraq, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakiri ABŞ-ın 52 obyektə zərbə endirməyə сəsarət etməyəcəyini deyib.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın hücumu nəticəsində İran generalı Qasım Süleymani öldürülüb və bu gün dəfn olunması planlaşdırılır.



Baxış sayı: 368


Bölməyə aid digər xəbərlər