Bütün xəbərlər
ABŞ-ın Bağdaddakı səfirliyi yerləşən əraziyə 2 raket atıldı
Tarix: 05-01-2020 00:18 | Bölmə: Karusel

                ABŞ-ın Bağdaddakı səfirliyi yerləşən əraziyə 2 raket atıldı

ABŞ-ın Bağdadda yerləşən səfirliyinin yaxınlığına və Səlahəddin vilayətində amerikalı əsgərlərin qaldığı Beled bazasına raket atılıb.
"Qafqazinfo" Anadolu agentliyinə istinadən xəbər verir ki, hücumun kim tərəfindən törədildiyi barədə məlumat verilməyib.
Hücumdan dərhal sonra ABŞ səfirliyinin həyəcan siqnalı çalınıb. Yaşıl Zonanın avtomobil yolu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağlanılıb.



Baxış sayı: 347


Bölməyə aid digər xəbərlər