Bütün xəbərlər
Naməlum şəxslər məşhur reperin məzarını yandırdı
Tarix: 26-12-2019 21:22 | Bölmə: Karusel

                  Naməlum şəxslər məşhur reperin məzarını yandırdı

Rusiyanın Moskva şəhərində naməlum şəxslər reper Detslin (Kirill Tolmatski) məzarını yandırıblar. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Mash” Teleqram kanalı mərhumun anası İrina Tolmatskayaya istinadən xəbər verib.
Bildirilir ki, yanğın Pyatnitski qəbiristanlığında 25 dekabrdan 26-na keçən gecə baş verib. İrina Tolmatskayanın sözlərinə görə, məzarın xaçı və hasarı yanıb.
Qəbiristanlıq rəhbərliyi hesab edir ki, yanğına səbəb ehtiyatsızlıq ola bilər. Belə ki, Detslin fanatları hər gün musiqiçinin məzarına şam düzürlər.
Qeyd edək ki, reper Detsl 2019-cu ilin fevralında İjevskdəki konsertindən sonra ürəktutmasından dünyasını dəyişib. Onun 35 yaşı var idi.



Baxış sayı: 414


Bölməyə aid digər xəbərlər