Bütün xəbərlər
Ukraynada Baş Prokurorluq ləğv edilir
Tarix: 26-12-2019 20:39 | Bölmə: Karusel

                 Ukraynada Baş Prokurorluq ləğv edilir

Ukraynada 2019-cu ilin son günlərində fəaliyyətini dayandıracaq Baş Prokurorluğun əvəzinə 2020-ci il yanvarın 2-dən yeni hakimiyyət orqanı – Baş Prokurorun Ofisi işə başlayacaq. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “İnterfaks-Ukrayna”ya qurumun başçısı Ruslan Ryaboşapka danışıb.


“Biz öz işimizi yanvarın 2-dən başlayırıq. Həmin andan Baş Prokurorluq institut kimi fəaliyyət göstərməyəcək”, - Ryaboşapka bildirib. Onun sözlərinə görə, attestasiya və qurumun strukturunun yenilənməsindən sonra Baş Prokurorluğun 2,5 min əməkdaşından 1,5 minə yaxın insan qalacaq.
20 yanvar tarixindən isə vakant vəzifələrə əlavə seçim aparılacaq.



Baxış sayı: 454


Bölməyə aid digər xəbərlər