22:37 / 16-04-2026
105 yaşında vəfat edib
Bütün xəbərlər
Bakıda 69 yaşlı qadın klinikada öldü, prokurorluq araşdırmalara başladı
Tarix: 26-12-2019 16:35 | Bölmə: Karusel

Bakıda qadın klinikada dünyasını dəyişib.
Trend-in məlumatına görə. hadisə paytaxtın Xətai rayonu ərazisindəki "Baku Medical Plaza"da baş verib.
1950-ci il təvəllüdlü Zeynalova Sevil Səfər qızı ağciyər xəstəliyinin kəskinləşməsi ilə dekabrın 13-də "Baku Medical Plaza"ya yerləşdirilib və müalicəyə başlayıb.
Dekabrın 23-də qadın klinikada dünyasını dəyişib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.



Baxış sayı: 382


Bölməyə aid digər xəbərlər