Bütün xəbərlər
Məzuniyyətə getdiyinə görə üzr istədi
Tarix: 22-12-2019 22:31 | Bölmə: Karusel

               Məzuniyyətə getdiyinə görə üzr istədi

Avstraliyanın Baş Naziri Skott Morrison ölkədəki meşə yanğınları zamanı ailəsi ilə bərabər Havay adalarına getdiyinə görə üzr istəyib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Associated Press” xəbər verib.
İctimaiyyətin narazılığı fonunda Morrison məzuniyyətini yarımçıq qoymaq və Avstraliyaya qayıtmaq məcburiyyətində qalıb.
Baş Nazir onun ünvanına deyilən tənqidi sözləri qəbul etdiyini bildirib.
Qeyd edək ki, meşə yanğınları səbəbindən Avstraliyada bir milyon hektardan çox meşə məhv olub. Həmçinin insanlar ölüb və yaşayış evləri yanıb.



Baxış sayı: 358


Bölməyə aid digər xəbərlər