Bütün xəbərlər
Həbsdən çıxıb bacısının sevgilisini öldürənə hökm oxunub
Tarix: 19-12-2019 17:57 | Bölmə: Karusel

                             

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mehrac Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M.Qəhrəmanov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 30 yaşlı Orxan Əliyev döyülərək qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində O.Əliyevi döyərək qətlə yetirən Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş M.Qəhrəmanov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, əvvəllər də bir neçə dəfə məhkumluğu olan 42 yaşlı M.Qəhrəmanov hadisədən bir neçə gün əvvəl həbsdən çıxıb. Azadlığa çıxandan sonra bacısının hərəkətlərindən şübhələnib və bacısının telefonunda Orxanla yazışmalarını taparaq onu axtarmağa başlayıb. Bakının mərkəzində Orxanla görüşən Mehrac onu döyərək öldürüb. Daha sonra meyitini "Nəsimi bazarı" kimi tanınan ticarət mərkəzinin yaxınlığındakı binalardan birinin zirzəmisinə ataraq uzaqlaşıb.
M.Qəhrəmanov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. 



Baxış sayı: 376


Bölməyə aid digər xəbərlər