Bütün xəbərlər
Cəlilabadda kütləvi dava olub, xəsarət alan var
Tarix: 19-04-2018 23:54 | Bölmə: Karusel

Cəlilabad rayonunda kütləvi dava baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Suluçeşmə kəndində qeydə alınıb.
Belə ki, hələlik məlum olmayan səbəbdən baş verən dava zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Muradov Yusif Qeys oğlu xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib və ona ilkin tibbi yardım göstərilib.
Y. Muradovun dediyinə görə, onu tanıdığı şəxslər döyüb.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 404


Bölməyə aid digər xəbərlər