Bütün xəbərlər
Ata Rusiyadan qayıdan oğlunu güllələdi, üç nəfəri yaraladı
Tarix: 19-12-2019 03:50 | Bölmə: Karusel

                Ata Rusiyadan qayıdan oğlunu güllələdi, üç nəfəri yaraladı

Balakəndə silahlı insident baş verib.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yeni Şərif kəndində baş verib.
Kənd sakini, 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədiyyə oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhməd Bağmanovu güllələyib. Ov tüfəngindən açılan atəşdən sonra ətrafa yayılan qırmalar Əhmədlə bərabər, 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicə Əhməd qızı Baydarova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbovanı yaralayıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda Ə.Bağmanovun üzərində cərrahiyyə əməliyyatı aparılır. Azyaşlı və digər yaralılar müayinə edilir. Balakən rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırmalar aparır.
Məlumatda bildirilir ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Güllələnən Ə.Bağmanov iki gün əvvəl Rusiya Federasiyasından evə qayıdıb.



Baxış sayı: 338


Bölməyə aid digər xəbərlər