Bütün xəbərlər
Həkimin evindən 80 minə yaxın pul oğurlayan saxlanıldı
Tarix: 16-12-2019 18:36 | Bölmə: Karusel

                 Həkimin evindən 80 minə yaxın pul oğurlayan saxlanıldı

Daxili İşlər Nazirliyi Lənkəranda həkimin evindən oğurluq edilməsi ilə bağlı məlumat yayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, dekabrın 12-də rayon ərazisindəki evlərin birindən 45.000 ABŞ dolları və 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini F.Əhədzadə saxlanılıb.
Qeyd edək ki, APA-nın yaydığı məlumata görə, evindən oğurluq edilən şəxs Lənkəran Mərkəzi rayon Xəstəxanasının həkimi Adil Əzimovdur.



Baxış sayı: 406


Bölməyə aid digər xəbərlər