Bütün xəbərlər
Sumqayıtda “Xəmsə” Milli İntellektual Oyununun seçim turu keçirilib
Tarix: 19-04-2018 11:44 | Bölmə: Karusel
14 aprel 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Xəmsə” Milli İntellektual Oyunu üzrə Sumqayıt tələbələri arasında X Azərbaycan Çempionatının şəhər seçim turu keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov intellektual oyunun gənclərin dünya görüşünü, intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini bildirdi. Həmçinin I- IV yerin qalibləri Abşeron zona mərhəsində iştirak edəcəklərini qeyd etdi. Bildirildi ki, 11 aprel prezident seçkilərdində Sumqayıt gənclərin faəllığı özünü göstərib. Bu ölkə rəhbərinin apardığı uğurlu dövlət siyasətinə, dövlətinə və millətinə sədaqətdir. Natiq çıxışında Azərbaycan Rrespublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017 - 2021-ci illərdə” dövlət proqramının icrasından danışıb. Mübariz Bəşirov bildirib ki, gənclərin inkişafı, onların dünya görüşünün artırılması, beynəlxalq arenaya inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Belə sənədlərin qəbulu və icrası həmişə gənclərin inkişafına böyük töhfə verib. Azərbaycanda gənclərin inkişafı istiqamətində qanunlar, inkişaf strategiyası və dövlət proqramları var. Çıxışda həmçinin Gənclər və İdman Nazirliyinin o cümlədən şəhər rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğıdan geniş söhbət açıldı.
Yarışmada şəhərin müxtəlif sahələrini təmsil edən 12 komanda iştirak edib.
Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə B612, II yerə Qızıl Aypara, III yerə Gənclik komandaları layiq görülmüşlər. Qaliblərə Baş İdarənin kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim olunmuşdur.








Baxış sayı: 603


Bölməyə aid digər xəbərlər