22:37 / 16-04-2026
105 yaşında vəfat edib
Bütün xəbərlər
Milli Məclisin buraxılmasına razılıq verildi
Tarix: 04-12-2019 14:15 | Bölmə: Karusel

                 Milli Məclisin buraxılmasına razılıq verildi

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prezidentinin göndərdiyi sorğuya baxılıb.
"Qafqazinfo" xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul edilib.
Konstitusiya məhkəməsinin Plenumunun qərarına əsasən, yeni parlament formalaşana qədər hazırki parlamentin səlahiyyətlərinin qüvvədə qalması zəruridir. 
 










Baxış sayı: 365


Bölməyə aid digər xəbərlər