20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
17:58 / 24-08-2026
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
17:55 / 24-08-2026
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Merzi Ukraynanın Kansleri adlandırdı
17:53 / 24-08-2026
Alman milyarder vəfat etdi
17:41 / 24-08-2026
İki qıza qarşı zorakılığa görə həbs cəzası alıb
17:39 / 24-08-2026
Kotlet və mantılarda salmonella aşkar edilib
17:36 / 24-08-2026
Taksi sürücüsünü döyən barədə cinayət işi açılıb
17:11 / 24-08-2026
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
14:48 / 24-08-2026
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
14:29 / 24-08-2026
Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır
20:46 / 23-08-2026
Putin Çeçenistanın ilk prezidentinin 75 illik yubileyi münasibətilə Kadırova zəng etdi
20:43 / 23-08-2026
İranda ehtiyatları 200 milyard kubmetrdən çox olan qaz yatağı kəşf edilib
20:40 / 23-08-2026
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
20:37 / 23-08-2026
Almaniya 2026-cı ildə "Leopard" tankları, "Poseidon" təyyarələri və "F-35" təyyarələri alacaq
20:34 / 23-08-2026
Bir əsgər mübahisə zamanı əsgər yoldaşını güllələyərək öldürüb
20:31 / 23-08-2026
Əraqçi: "İran ABŞ sanksiyalarına necə müqavimət göstərəcəyini bilir, çünki bu təkrarlanan ssenaridir"
20:27 / 23-08-2026
Çin, Rusiya Ay toz detektorunu daşıyan zondun buraxılışını təxirə saldı
20:20 / 23-08-2026
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
20:15 / 23-08-2026
Kuşner və Vitkoffun Kiyev və Moskvaya səfərləri təxirə salınıb
20:11 / 23-08-2026
Baş verən qəzada xəsarət alan bir kişi vertolyotla təxliyə edilib
20:08 / 23-08-2026
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20:05 / 23-08-2026
Bir ay əvvəl itkin düşən traktor sürücüsü insanlara müraciət edib
20:01 / 23-08-2026
Efiopiyalı qaçışçı Yarımarafon Dünya Rekorduna imza atdı
19:16 / 23-08-2026
Yapon fiqurlu konkisürənlər və Olimpiya çempionları Miura və Kihara nişanlandıqlarını elan etdilər
19:12 / 23-08-2026
Hindistan Rusiya neftindən rekord asılılığa çatdı
19:07 / 23-08-2026
Qırğızıstan dağlarında alpinistlərin axtarışı başa çatdı
Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Azərbaycanda səfərdədir
Tarix: 16-04-2018 22:17 | Bölmə: Karusel
1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyana ofisində təsis edilmiş, dünya prokurorlarının yeganə qlobal təşkilatı olan və 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə Azərbaycan uğurlu əməkdaşlıq edir. Assosiasiyanın əsas məqsədi transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizə sahəsində sürətli, səmərəli və işgüzar əlaqələrin qurulmasında prokurorlar arasında forum rolunu oynamaqdır.
Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, Azərbaycan Respublikası təşkilat yarandığı vaxtdan onunla işgüzar münasibətlər qurub, Baş Prokurorluq və Hərbi Prokurorluq Assosiasiyaya təşkilati üzv kimi qəbul edilib. Azərbaycanın nümayəndələri uzun illərdir Assosiasiyanın rəhbər qurumları olan İcraiyyə Komitəsində və Senatda ölkəmizi layiqincə təmsil edirlər.
Respublikamızın Assosiasiyanın işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq, BPA-nın 2016-cı ildə İrlandiyanın paytaxtı Dublində keçirilmiş illik tədbirlərində Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclasının 2018-ci ilin aprelin 9-10-da Bakıda keçirilməsi qərara alınıb.
Bununla əlaqədar Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Qerhard Yaroşun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Kanada, İsveçrə, İrlandiya, Cənubi Afrika Respublikası, Tailand, Bəhreyn və Mavriki dövlətlərinin baş prokurorları, habelə təşkilata üzv olan digər ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxsləri ölkəmizdə səfərdə olublar.
Səfər çərçivəsində qonaqlar əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra 20-dən çox ölkənin prokurorluq orqanlarının yüksək təmsilçilərinin və Azərbaycan Respublikasının dövlət rəsmilərinin iştirakı ilə İcraiyyə Komitəsinin iclasının açılışı olub.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin adından qonaqları salamlayıb. Fuad Ələsgərov tədbirin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik bir sıra tədbirlərlə eyni vaxta təsadüf etdiyini vurğulayaraq, iclasın Azərbaycanda hüquqi dövlətin qurulması və qanunun aliliyinin təmin edilməsi işinə, eləcə də bu fəaliyyətdə prokurorların roluna və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa töhfə verdiyini bildirib.
İclasa sədrlik edən baş prokuror Zakir Qaralov ölkəmizin təşkilatla fəaliyyətə başladığı vaxtdan etibarən uğurla əməkdaşlıq etdiyini və Assosiasiyanın ali idarəetmə orqanlarında fəal təmsil olunduğunu vurğulayıb. Zakir Qaralov Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun uzun illər BPA-nın İcraiyyə Komitəsinin üzvü, hazırda isə Assosiasiyanın senatoru və fəxri üzvü, baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin isə İcraiyyə Komitəsinin üzvü olduğunu qeyd edib.
Baş prokuror Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluğunu bildirərək, iclasın təşkilatın işinə verdiyi töhfələrinə görə yaddaqalan olacağına və əməkdaşlığımızın daha da inkişafına və dərinləşməsinə xidmət edəcəyinə əminliyini diqqətə çatdırıb.
Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədov açılışda Assosiasiyanın tarixi və keçdiyi inkişaf yolu, Azərbaycanın BPA-nın inkişafına töhfələri ilə bağlı fotoslaydlardan ibarət əyani təqdimatla çıxış edib. Fikrət Məmmədov İcraiyyə Komitəsinin 2002-ci ildə Bakıda keçirilmiş iclasını və Komitə üzvlərinin böyük şərəf verilərək ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunduğunu xatırladaraq, Bakı iclasının yaddaqalan və belə tədbirlər üçün yüksək standart müəyyən etdiyini vurğulayıb.
Bildirib ki, Assosiasiyanın işində yaxından iştirak edilərək, ölkəmiz tərəfindən BPA-nın rus dilində saytı və dünya prokurorları üçün korrupsiyaya qarşı internet şəbəkəsi idarə olunur, bütün nəşrləri Azərbaycan və rus dillərinə tərcümə olunmaqla qurumun təcrübəsindən ölkəmiz və müxtəlif digər dövlətlər tərəfindən geniş bəhrələnilir.
Assosiasiyanın prezidenti Qerhard Yaroş çıxışında iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə dərin təşəkkürlərini bildirib. O, Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulayıb.
İki gün davam edən iclasda İcraiyyə Komitəsi üzvlərinin gördüyü işlərə, qurumun maliyyə durumuna dair hesabatlar müzakirə olunaraq qəbul edilib. Habelə bir sıra vəzifələrə təyinatların aparılması, Assosiasiyanın ixtisaslaşdırılmış şəbəkələrinin fəaliyyəti və gələcək inkişafı, qurumun üzvləri arasında, həmçinin təşkilatın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, transmilli cinayətkarlığa qarşı mübarizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım məsələləri ilə bağlı geniş müzakirələr aparılıb, bir sıra mühüm qərarlar qəbul edilib.
Yekunda İcraiyyə Komitəsinin növbəti iclasının, həmçinin Assosiasiyanın növbəti illik konfransının və ümumi yığıncağının 2018-ci il sentyabrın 9-13-də Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilməsi qərara alınıb.
Səfər çərçivəsində Baş Prokurorluqda Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Qerhard Yaroş, baş katibi Han Moraal, icraçı direktoru xanım Yanne Holst Hübner və təşkilatın digər rəsmiləri baş prokuror Zakir Qaralov ilə görüşüblər.
Görüşdə baş prokuror Assosiasiyanın İcraiyyə Komitəsinin iclasına məhz Azərbaycan Respublikasının ev sahibliyi etməsinin həm BPA-nın fəaliyyətində, həm də cinayətkarlığın bütün formalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verən ölkəmizin ictimai həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb. Baş prokuror BPA-nın İcraiyyə Komitəsinin daha əvvəl Bakıda keçirilmiş iclasını xatırladaraq, bu tədbirlərin qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.
Söhbət zamanı qonaqlara son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar, ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində prokurorluq orqanlarının fəaliyyəti barədə geniş məlumat verilib.
Mövcud səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edən Q.Yaroş ölkəmizlə təşkilat arasında qurulmuş münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. O, Azərbaycan Prokurorluğunun dəstəyi ilə 2017-ci ildə Bakıda keçirilmiş Assosiasiyanın kibercinayətkarlıqla mübarizəyə dair konfransına yüksək səviyyədə ev sahibliyinə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirərək, İcraiyyə Komitəsinin 45-ci iclasında da ölkəmizin öz müsbət təcrübələrini tətbiq edəcəyinə ümidvar olduğunu bəyan edib.
Assosiasiya rəsmiləri daha sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədov ilə görüşüblər.

Baxış sayı: 487
Bölməyə aid digər xəbərlər

Dünən, 19:54
Seul Kiyevə raketlər verməkdən imtina etdi
Dünən, 18:05
Modidən salamlar və Putinə mesaj çatdırdı
Dünən, 17:55
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Merzi Ukraynanın Kansleri adlandırdı
23-08-2026, 20:46
Putin Çeçenistanın ilk prezidentinin 75 illik yubileyi münasibətilə Kadırova zəng etdi
23-08-2026, 20:27
Çin, Rusiya Ay toz detektorunu daşıyan zondun buraxılışını təxirə saldı
23-08-2026, 20:15
Kuşner və Vitkoffun Kiyev və Moskvaya səfərləri təxirə salınıb
23-08-2026, 19:12
Hindistan Rusiya neftindən rekord asılılığa çatdı
23-08-2026, 19:07
Qırğızıstan dağlarında alpinistlərin axtarışı başa çatdı
23-08-2026, 19:00
"Krılya Sovetov" Dmitri Quberniyevi məhkəməyə vermək niyyətindədir
23-08-2026, 18:39
2040-cı ilə qədər Avropada termoyadro elektrik stansiyasının tikintisi planlaşdırılır
20-08-2026, 20:28
Latviya Latviyada qəzaya uğrayan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib
20-08-2026, 20:25
Ukrayna üçün dronlar Finlandiyada istehsal olunacaq
20-08-2026, 20:19
Avropa Komissiyası Kiyevin 90 milyard avroluq proqram çərçivəsində hava hücumundan müdafiə aktivləri tələb etmədiyini bildirib
20-08-2026, 20:01
Yaponiya hökuməti Putinin Kuril adalarına səfərindən sonra Rusiyaya qarşı tədbirləri nəzərdən keçirir
20-08-2026, 19:51
"Forbes" siyahısındakı amerikalı iş adamı vəfat edib
20-08-2026, 19:45
Zaxarova Almaniya qəzetinin adının dəyişdirilməsini təklif etdi
20-08-2026, 19:32
"Kabinədə huşsuz vəziyyətdə tapıldı": Çin Rusiya dənizçilərindən birini xilas etməyə çalışır
20-08-2026, 19:26
Bolqarıstan üç ildən sonra ilk dəfə Rusiya təyyarəsinin öz ərazisi üzərindən uçmasına niyə icazə verdiyini izah etdi
19-08-2026, 16:52
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
19-08-2026, 16:39
Macarıstanın yeni prezidenti oldu
19-08-2026, 16:35
Telegram daha 3,8 milyon rubl cərimə aldı
19-08-2026, 08:21
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
18-08-2026, 22:31
Beş əcnəbi Rusiyadan deportasiya olunmaqla üzləşəcək
18-08-2026, 22:11
Xinşteyn Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsini vurmağa cəhd edən ovçunu dəstəklədi
18-08-2026, 12:44
Fabrikə basqın zamanı 130-dan çox qanunsuz immiqrant saxlanılıb
18-08-2026, 12:28
"The Financial Times" qəzeti bir amerikalı məmurun "sakit" missiyasından xəbər tutub
17-08-2026, 22:27
Ovçu silahla dron vurmağa cəhd etdiyinə görə cərimələndi
17-08-2026, 22:16
Norveç Kralı V Harald anemiya səbəbindən xəstəxanaya yerləşdirilib
17-08-2026, 22:10
Litva Sərhəd Mühafizəsinin rəisi sərhəd hadisəsindən sonra istefa verdi
17-08-2026, 20:02
Kliçkonun keçmiş nişanlısının ölümü ilə bağlı yeni detallar açıqlandı
17-08-2026, 19:49
İİKK ABŞ ilə rabitə kanallarının mövcudluğunu inkar edir
17-08-2026, 19:33
Melaniya Tramp Ukrayna münaqişəsi nəticəsində ayrılan bir ailənin yenidən birləşməsinə kömək etdi
17-08-2026, 19:30
Kobyakov Rusiyanın Olimpiya Oyunlarına tam qayıda biləcəyini bildirdi
17-08-2026, 19:23
Ukrayna Bolqarıstandan "Patriot" raketləri daşıya bilər
16-08-2026, 09:20
Kim Çen In Koreyanın Azadlıq Günü münasibətilə təbriklərinə görə Putinə təşəkkür etdi
16-08-2026, 09:18
İran Xarici İşlər Nazirliyi ölkənin sahil xəttinə dəyən ekoloji ziyanı trilyonlarla dollar qiymətləndirir
16-08-2026, 09:11
İran və Oman Hörmüz boğazı üçün gəmiçilik marşrutu xəritəsi ilə bağlı razılığa gəliblər