Bütün xəbərlər
Bakı Dövlət Universitetinin əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Tarix: 26-11-2019 00:52 | Bölmə: Karusel

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:
Babazadə Vasif Məmməd Ağa oğlu
Əliyeva İradə Nurəddin qızı
İbrahimova Sara Hökmulla qızı
İsgəndərov Anar Camal oğlu
Qurbanov Əsədulla Cücü oğlu
Məlikova Məsumə Fazil qızı.



Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər