Bütün xəbərlər
Salyanda bir ailənin 7 üzvü zəhərləndi - 4-ü uşaqdır
Tarix: 24-11-2019 12:01 | Bölmə: Karusel

                    Salyanda bir ailənin 7 üzvü zəhərləndi

Salyanda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Qızılağac kəndində qeydə alınıb.
Fərdi yaşayış evində qaz sobasının nasaz olması ucbatından evə qaz sızıb.
Nəticədə 7 nəfər zəhərlənib.
Zəhərlənənlər Səfərov Məhi Zeynal oğlu, Səfərova Aygün Bəxtiyar qızı və onların 1 aylıq övladı, Mehralıyeva Günel Bəxtiyar qızı və 3 azyaşlı uşağı zəhərlənmə diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.





Baxış sayı: 491


Bölməyə aid digər xəbərlər