Bütün xəbərlər
Gürcüstan müxalifəti parlament binasının giriş-çıxış qapılarını bağladı
Tarix: 17-11-2019 20:30 | Bölmə: Karusel

                       Gürcüstan müxalifəti parlament binasının giriş-çıxış qapılarını bağladı

Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyasını davam etdirir.
"Qafqazinfo" xəbər verir ki, müxalifət nümayəndələri artıq parlamentin bütün giriş-çıxış qapılarını bağlayıb. Qapılara qıfıl vurulub. Eyni zamanda, parlamentin qapılarının qarşısında çadırlar qurulub.
Aksiya iştirakçıları bildiriblər ki, heç bir deputat qanunverici orqana buraxılmayacaq. Hələlik aksiya dinc şəkildə davam edir və qarşıdurma olmayıb.
Polis təhlükəsizliyi təmin edib.


Baxış sayı: 353


Bölməyə aid digər xəbərlər