Bütün xəbərlər
Azərbaycan samboçuları Dünya Kubokunda 2 qızıl medal qazanıblar
Tarix: 26-03-2018 00:44 | Bölmə: Karusel

                       Ümumi komanda hesabında isə Azərbaycan yığması 2-ci yeri tutub

Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kuboku keçirilib.
"Report"un məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası 2 qızıl medal qazanıb.
Fəxri kürsünün ən yüksək pilləsinə Mehman Xəlilovla (57 kq) Emil Həsənov (68 kq) yüksəlib. Ümumi komanda hesabında isə Azərbaycan yığması 2-ci yeri tutub. Bu, yeni baş məşqçi Bəxtiyar Hacıyevin ilk sınağı olub.
Dünya Kubokunda 26 ölkənin 200-dən çox samboçusu mübarizə aparıb.



Baxış sayı: 470


Bölməyə aid digər xəbərlər