17:53 / 24-08-2026
Alman milyarder vəfat etdi
Bütün xəbərlər
Rusiyada keçirilən prezident seçkilərində səsvermələr yekunlaşıb
Tarix: 18-03-2018 21:38 | Bölmə: Karusel

               

Rusiyada keçirilən prezident seçkiləri səsvermələri başa çatıb.
"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, 35 bölgədə seçki məntəqələrində səsvermələr yerli vaxtla saat 20:00-da yekunlaşıb.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 19:00-dək seçici fəallığı 59,9 faiz olub.
Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilib. Prezident vəzifəsi uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparıb.




Baxış sayı: 398


Bölməyə aid digər xəbərlər