Bütün xəbərlər
Türkiyədə 3 PKK terrorçusu zərərsizləşdirilib
Tarix: 04-11-2019 00:21 | Bölmə: Karusel

               

Türkiyənin Qars vilayətində 3 PKK terrorçusu zərərsizləşdirilib.
Bu barədə, Trend-in türk KİV-nə istinadən verdiyi məlumatda, Türkiyə DİN-in xəbərində deyilib.
Əməliyyat, vilayətin jandarma komandanlığının xüsusi təyinatlı dəstələri tərəfindən həyata keçirilib. Əməliyyat zamanı üç PKK terrorçusu zərərsizləşdirilib.
Bölgədəki əməliyyatlar davam edir.
Xatırladaq ki, Türkiyə ilə müstəqil Kürd dövlətinin yaradılmasını tələb edən PKK arasındakı münaqişə 35 ildən çox davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK, BMT və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınıb.


Baxış sayı: 267


Bölməyə aid digər xəbərlər