Bütün xəbərlər
Lənkəran sakini Bakıda kütləvi dava zamanı qətlə yetirilib
Tarix: 18-03-2018 21:35 | Bölmə: Karusel

                 Taleh Baxşıyev dava zamanı ürək nahiyəsindən bıçaqlanıb

Bakıda 5 nəfərin iştirakı ilə kütləvi dava olub.
"Report"un Cənub bürosu xəbər verir ki, dava zamanı 1 nəfər bıçaqlanaraq qətlə yetirilib.
Məlumata görə, həmin şəxs Lənkəran rayon Boladi kənd sakini Taleh Şıxəli oğlu Baxşıyevdir. O, dava zamanı ürək nahiyəsindən bıçaqlanaraq, hadisə yerində ölüb. Davanın hansı səbəbdən baş verməsi və hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.



Baxış sayı: 402


Bölməyə aid digər xəbərlər