Bütün xəbərlər
Vitali Kliçkoya qarşı cinayət işi qaldırılıb
Tarix: 02-11-2019 20:01 | Bölmə: Karusel

                             

Ukrayna Milli Antikorrupsiya Bürosu boks üzrə ukraynalı keçmiş dünya çempionu və Kiyevin meri Vitali Kliçkoya qarşı cinayət işi qaldırıb.
"Report"un "RBK Ukraina"ya istinadən verdiyi məlumata görə, Kliçko hakimiyyətdən sui-istifadədə şübhəli bilinir. 48 yaşlı sabiq idmançı Şulyavsk yol ötürücüsünə ayrılmış vəsaitin yoxa çıxmasında günahlandırılır. 
Qeyd edək ki, Vitali Kliçko karyerasını 2012-ci ilin sentyabrında başa vurub. O, 5 iyun 2014-cü ildə Kiyev meri seçilib. 


Baxış sayı: 310


Bölməyə aid digər xəbərlər