Bütün xəbərlər
Bakıda park xidməti göstərən şəxs avtomobil qaçırıb
Tarix: 31-10-2019 14:13 | Bölmə: Karusel
                                    

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 30-da Beyləqan rayon sakini İ.Fərəcova Nizami Rayon Polis Şöbəsinə (RPİ) 24-cü Polis Şöbəsinə (PB) müraciət edib həmin gün saat 18 radələrində Q.Qarayev prospektindəki evlərdən birinin qarşısında orada park xidməti göstərən Bərdə rayon sakini X.Mehdizadəyə “Mercedes” markalı avtomobilini saxlamaq üçün verməsini, sonuncunun isə avtomobili qaçırmasını bildirib.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nərimanov rayonu ərazisində ön və dam hissəsi əzilmiş vəziyyətdə tapılıb.
Bu nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən X.Mehdizadə polis əməkdaşları tərəfindən saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.
Araşdırma aparılır.



Baxış sayı: 337


Bölməyə aid digər xəbərlər