Bütün xəbərlər
Prezident icra başçısını mükafatlandırdı
Tarix: 30-10-2019 18:23 | Bölmə: Karusel

               Prezident icra başçısını mükafatlandırdı


Azərbaycan Prezidenti İlham Əliyev İsmayıl Vəliyevi təltif edib. 
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı imzalanan sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı olan İ. Vəliyevin sabah 60 yaşı tamam olacaq. 



Baxış sayı: 466


Bölməyə aid digər xəbərlər