Bütün xəbərlər
Bağdadinin yerini deyən köməkçisinə 25 milyon veriləcək
Tarix: 30-10-2019 12:03 | Bölmə: Karusel

                       Bağdadinin yerini deyən köməkçisinə 25 milyon veriləcək


İŞİD lideri Əbu Bəkr əl-Bağdadi köməkçisinin hesabına öldürülüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Qeyd olunur ki, terrorçunun adı açıqlanmayan müttəfiqi ABŞ hökuməti ilə müvafiq razılaşma əsasında Amerika xüsusi əməliyyatına lazım olan hər şeyi - əl-Bağdadinin yerləşdiyi binanın planını, qrupun Suriya ətrafında səyahət marşrutunu hazırlayıb.
Amerikalı əsgərlər terrorçuların yerləşdiyi kəndə gələndə o da orada olub. Nəşrin məlumatına görə, o, əməliyyatdan cəmi iki gün sonra ərazidən çıxarılıb. Suriyanı ailəsi ilə birlikdə tərk edib. O, göstərdiyi “işə” görə 25 milyon dollar alacaq. Belə ki, ABŞ hakimiyyətinin terrorçunun başı üçün verdiyi pul mükafatı məhz budur.



Baxış sayı: 328


Bölməyə aid digər xəbərlər