22:37 / 16-04-2026
105 yaşında vəfat edib
Bütün xəbərlər
Əli Əsədovdan yeni təyinatlar
Tarix: 29-10-2019 01:30 | Bölmə: Karusel

                 Əli Əsədovdan yeni təyinatlar


Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinə yeni müdir təyin edilib.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Mehman Tağıyev Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri təyin edilib.
Xatırladaq ki, Baş Nazirin 24 oktyabr tarixli sərəncamı ilə Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov vəzifəsindən azad edilib.
"Qafqazinfo"nun məlumatına görə, Əli Əsədovun digər sərəncamı ilə Hikmət Xəlilov  Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin edilib. O, bu postdan azad edilən Adil Əhmədovu əvəz edib.



Baxış sayı: 393


Bölməyə aid digər xəbərlər