Bütün xəbərlər
Yaveynan dovğa işdim, heş belə ədalət görməmişdim
Tarix: 26-10-2019 19:52 | Bölmə: Karusel

                               

Məktəbli Elinanın ölümündə təqsirli bilinən məktəb direktoru Sevinc Abbasovanın məhkəmənin hökmü ilə 2 il 2 ay 14 gün azadlığı məhdudlaşdırılıb, uşağın ailəsinə 18 min manat təzminat ödəyəcək, bir də saat 23.00-dan səhər saat 7-dək yaşadığı mənzildən çıxa bilməz.
Yuxarıdakı cəzaları qoyaq bir kənara, ən gülməli cəza sonuncudu. Hansı qadın gecə saat 11-dən sonra evdən çıxır ki, ona da qadağa qoyasız?
Əksinə, onun səhər saat 7-dən gecə 23-ə qədər evdən çıxmasına qadağa qoyulmalı idi. Yəni kəsəsi, ev dustaqlığı!
Yaveynan dovğa işdim, heş belə ədalət görməmişdim.
Adalet.az



Baxış sayı: 340


Bölməyə aid digər xəbərlər