Bütün xəbərlər
SON DƏQİQƏ: Türkiyədə ardıcıl 5 zəlzələ oldu
Tarix: 25-10-2019 14:45 | Bölmə: Karusel

             SON DƏQİQƏ: Türkiyədə ardıcıl 5 zəlzələ oldu
Türkiyənin Aralıq dənizi sahillərində son 12 saat ərzində 5 zəlzələ baş verib.
4 yeraltı təkanın təsiri rixter cədvəli üzrə 2,5-3.5 bal arasında olub. Lakin gecə saatlarında Muğla vilayəti sahillərində qeydə alınan yeraltı təkanın təsiri 4,6 bal gücündə olub. Yeraltı təkanlar Mərmərə, Bodrum, Milas bölgələrində də hiss edilib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Zəlzələ insanlar arasında həyacan yaradıb. Onlarla sakin gecəni parklarda keçirib.
Qeyd edək ki, son iki ay ərzində Türkiyədə yüzlərlə zəlzələ baş verib. Tələfat qeydə alınmasa da, çox sayda insan xəsarət alıb. Tikililərə ziyan dəyib.
 Redaktor.az



Baxış sayı: 339


Bölməyə aid digər xəbərlər