Bütün xəbərlər
Biləsuvarda qoyun oğruları saxlanılıb
Tarix: 24-10-2019 22:21 | Bölmə: Karusel

               

Ümumilikdə 20 baş qoyun oğurlamaqda şübhəli bilinən Biləsuvar rayonunun Zəhmətabad kənd sakinləri X.Cəfərov və İ.Şahbazov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar RPŞ-yə müraciət edən Xırmandalı kənd sakini B.Xankişiyev cari il avqustun 10-da Ağalıkənd kəndinin ərazisindəki fermadan 5 baş qoyununun oğurlanmasını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəhmətabad kənd sakinləri X.Cəfərov və İ.Şahbazov polis əməkdaşları tərəfindən saxlanılıblar.
ƏTRAFLIBakucircusƏtraflarında aparılmış tədbirlərlə onların İ.Nuraliyevə və D.Cəfərova məxsus 15 baş qoyunu oğurlamaları da müəyyən edilib.



Baxış sayı: 325


Bölməyə aid digər xəbərlər