Bütün xəbərlər
Xaçmaz sakini keçmiş qayınatasını qətlə yetirib
Tarix: 23-10-2019 12:53 | Bölmə: Karusel

          Xaçmaz sakini keçmiş qayınatasını qətlə yetirib

Xaçmazda qətl hadisəsi baş verib. 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımıl kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Qədirov Əlihüseyn Cəlil oğlu keçmiş kürəkəni, 1990-cı il təvəllüdlü Qurbanov Səfər İlham oğlu tərəfindən bıçaqlanıb. S. Qurbanov keçmiş qayınatasına 8 bıçaq zərbəsi vurub. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.  
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



Baxış sayı: 320


Bölməyə aid digər xəbərlər