Bütün xəbərlər
Azərbaycanda yeni medal təsis edildi
Tarix: 22-10-2019 14:46 | Bölmə: Karusel

                Azərbaycanda yeni medal təsis edildi


Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, Azərbaycanda yeni "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilir: “Bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək”.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.



Baxış sayı: 333


Bölməyə aid digər xəbərlər