Bütün xəbərlər
Əfqanıstanda "Taliban" yaraqlıları ilə toqquşmalarda 15 polis ölüb
Tarix: 22-10-2019 10:41 | Bölmə: Karusel

                                   

Əfqanıstanın şimalındakı Kunduz vilayətində radikal "Taliban" hərəkatının yaraqlıları ilə toqquşmalarda azı 15 polis əməkdaşı ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.
Bildirilib ki, "Taliban" yaraqlıları bu səhər Əliabad rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum edib. Səkkiz yaraqlının məhv edildiyi qeyd olunur.



Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər